Haqqımızda

Biz kimik?

Artıq 10 ildən çoxdur ki jalüz pərdə sahəsində fəaliyyətdəyik. Bu müddət ərzində qazandığımız bütün təcrübəmizlə xidmətinizdəyik.

Jalüz pərdə sifarişi necə qəbul olunur?

Hal-hazırda mağazamız olmadığına görə, sifariş qəbulunu yalnız onlayn həyata keçiririk. Müştəri jalüz pərdə sifariş etmək üçün Bizimlə əlaqə səhifəsində qeyd olunan telefon nömrəmizə zəng edir. Müştəriyə jalüz pərdələr və jalüz pərdə qiymətləri haqqında məlumat verilir.

Müştəri, şərtlərimiz və qiymətlərimizlə razılaşdıqdan sonra ölçü və seçim üçün əməkdaşlarımız müştərinin ünvanına kataloqlar və ölçü alətləri ilə yaxınlaşır.

Müştəri gətirdiyimiz kataloqlardan jalüz pərdə seçimi edir, əməkdaşımız isə pəncərələrin ölçüsünü götürür.

Ödəniş necə həyata keçir?

Ümumi qiymət hesablanır və müştəri ümumi məbləğin 20% qədərini əvvəlcədən ödəyir. Geri qalan məbləği isə jalüz pərdələri təhvil aldıqdan və ya quraşdırıldıqdan sonra ödənilir. Hal-hazırda ödənişləri yalnız nəğd və ‘card to card’ ilə qəbul edirik.

Çox yaxında Debet kartları, Taksit kartları, Köçürmə və Onlayn ödəniş metodları da mümkün olacaq. Mümkün olduğu halda saytımızda bu haqda məlumat dərc olunacaqdır.

Çatdırılma:

Çatdırılma xidmətimizin pulsuz olub-olmaması sifarişin məbləğinə və müştərinin ünvanına görə dəyişiklik göstərir. Biz, Bakı (əsasən Q.Qarayev – Həzi Aslanov əraziləri) şəhərində fəaliyyət göstəririk. 5m²+ sifarişlərdə şəhərdaxili çatdırılma pulsuzdur. Lakin 5m²-dən az olan sifarişlər üçün (ünvandan asılı olaraq) əlavə ödəniş alırıq.

Quraşdırılma:

Çatdırılma xidmətində olduğu kimi, quraşdırılma xidmətimizin də pulsuz olub-olmaması sifarişin məbləğinə və müştərinin ünvanına görə dəyişiklik göstərir. Quraşdırılma 10m²+ sifarişlərdə bizim tərəfimizdən (şəhərdaxili) pulsuz həyata keçirilir. Lakin 10m²-dən az olan sifarişlərdə müştəri, quraşdırılma üçün əlavə ödəniş etməlidir. Bu ödənişin ümumi məbləği müştərinin ünvanına, jalüz pərdənin növünə və sayına görə dəyişiklik göstərir.